Bank Of Baku

Ədliyyə Nazirliyi ADP ilə bağlı hər iki tərəf qurultay keçirdikdən sonra qərar verəcək

Ədliyyə Nazirliyi ADP ilə bağlı hər iki tərəf qurultay keçirdikdən sonra qərar verəcək
# 30 mart 2007 12:29 (UTC +04:00)
Ədliyyə Nazirliyi iki yerə parçalanmış Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaylarından sonra bu məsələyə münasibət bildirəcək. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Hələlik hər iki tərəfin ADP adı ilə çıxış etdiyini bildirən Ədliyyə Nazirliyi indiki məqamda prosesə müdaxilə etməyin düzgün olmadığı qənaətindədir. Qurultaydan sonra hər iki tərəf qurultay sənədlərini nazirliyə təqdim etdikdən sonra bu sənədlərə uyğun araşdırmalar aparılacaq və hansı tərəfin partiya adından danışmaq hüququ sübut olunsa, həmin tərəf ADP kimi tanınacaq. Hazırda isə ƏN-i hüquqi prosedurların keçirilməsini gözləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR