Bank Of Baku

İslam Partiyasının sədri Hacı Hacıağa Nuri: “Qurultayda sədr postuna keçiriləcək seçkinin tam demokratik keçməsinə şərait yaradacağam”

İslam Partiyasının sədri Hacı Hacıağa Nuri: “Qurultayda sədr postuna keçiriləcək seçkinin tam demokratik keçməsinə şərait yaradacağam”
# 30 mart 2007 15:13 (UTC +04:00)
“Qurultayda müzakirə olunmalı olan məsələlərin mətbuata çıxarılması siyasi savadsızlıqdan irəli gəlir”. Bu sözləri APA-ya Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri deyib. AİP sədri partiyanın və onun fəaliyyəti ilə bağlı ittihamlara da münasibət bildirib: “Partiyanın bir neçə rayon təşkilatının sədrinin fikri fərdi xarakter daşıyır və təşkilatın bütün üzvlərinin mövqeyi deyil. Amma kiminsə nəsə deməsinə baxmayaraq, partiyanın sədri kimi qurultayda qurumun sədri postuna keçiriləcək seçkinin tam demokratik keçməsinə şərait yaradacağam”. O, AİP-də qarşıdurma olmasını istəyən tərəflərin marağının mövcudluğunu da istisna etməyib: “Ola bilər ki, kənar qüvvələr İslam Partiyasında qarşıdurmanın olmasına çalışır. Bu, mümkün olmayacaq. Digər tərəfdən, partiyanın Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyev dediklərinin inkar edildiyini deyib”. Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyev isə APA-ya açıqlamasında bildirib ki, partiyada passivliyin olduğunu gizlədə bilməz və onun fikirlərində kampaniya xarakterli heç nə yoxdur. V. Əliyev partiya sədrinin fəaliyyəti haqda əvvəlki fikrində qaldığını da vurğulayıb: “Düzdür, passivləşmə tendensiyası bütün partiyalarda özünü göstərir. Amma İslam Partiyasının növbədənkənar qurultayında yeni sədr seçilən Hacıağa Nuri çıxışında bizlərə müxtəlif vədlər verdi. Bu günə qədər onun verdiyi sözlərin heç biri həyata keçməyib. Mən bunu demişəm və hesab edirəm ki, partiya üzvü olaraq buna haqqım çatır. Partiya rəhbərliyinin əleyhinə də heç bir kampaniya aparmıram”. O, son açıqlamasından sonra partiyanın rəhbərliyi tərəfindən heç bir təzyiqlə üzləşmədiyini də qeyd edib: “Partiyanın sədri ilə söhbətimiz olmasa da, rəhbərlikdən mənə telefonla zəng edən olub. Mən də öz fikirlərimi demişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR