Bank Of Baku

AXCP sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

AXCP sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb
# 30 mart 2007 15:13 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri, səfir Xose-Luis Herrero ilə görüşüb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə Azərbaycandakı son siyasi vəziyyət, siyasi məhbus problemi, Azərbaycanda insan haqlarının durumu, siyasi partiyaların fəaliyyəti, o cümlədən AXCP-nin qərargahdan məhrum edilməsi, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, KİV-in vəziyyəti və Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər barədə fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR