Əli Həsənov: “Əli İnsanov həmişə özünə işləyib”
- Əli müəllim, Əli İnsanov dünənki məhkəmə iclasında Sizi ittiham və demək olar ki, təhqir edib. Onun bu ittihamları ilə bağlı nə deyə bilərsiniz?
- Bilirsiniz, hər kəsin danışıq tərzi, leksikonu və mülahizəsi onun intellektini, səviyyəsini və ağlını nümayiş etdirir. Mən bu şəxs haqqında iki dəfə çıxış etmişəm. Bir dəfə ANS televiziyasında, ikinci dəfə isə “Yeni Müsavat” qəzetində... Hər ikisində korrekt şəkildə onun şəxsiyyətinə, nazir fəaliyyətinə və partiya üzvlüyünə münasibət bildirmişəm və onu cinayətkar adlandırmamışam. Siz yəqin ki, o müsahibə ilə tanışsınız. Mən hətta məhkəmə getdiyini və onunla mənim hal-hazırda qeyri-bərabər şəraitdə olduğumu nəzərə alaraq, çox yumşaq danışmışam. Demişəm ki, onun o dövrdəki fəaliyyəti nə səhiyyənin inkişafına xidmət edib, nə Yeni Azərbaycan Partiyasının, nə də ki, iqtidarın nüfuzuna müsbət təsir göstərib. Onun dünənki çıxışından sonra isə artıq məcburam ki, bu şəxs haqqında on ildən artıq cəmiyyətdə dolaşan və ictimai rəylə məşğul olduğum üçün mənə də bəlli olan bəzi məsələləri açıqlayım. Ə. İnsanov məni günahlandırır ki, kasıb olmuşam, üst-başım köhnə olub, Moskvada oxuyanda ümummilli liderimiz Heydər Əliyevin portretinə hörmətsizlik etmişəm. Əvvəla bildirim ki, mən gənclik illərindəki kasıblığımdan qətiyyən utanmıram və İnsanovdan fərqli olaraq zəhmətkeş, mərd və səliqəli bir gənc olmuşam. Ola bilsin, bahalı geyinməmişəm, lakin içim də, çölüm də səliqəli və təmiz olub. M. Lomonosov adına Moskva Dövlət Universitetində mənimlə birlikdə oxuyan, bu gün həm iqtidarda, həm müxalifətdə, həm də mətbuatda, qeyri-hökumət təşkilatlarında işləyən yüzlərlə tələbə yoldaşım var. Hər birindən soruşa bilərsiniz ki, necə olmuşam? Əlaçı olmuşam, oxuya-oxuya işləmişəm, tələbə yoldaşlarımla, dostlarımla həmişə hörmətlə, nəzakətlə davranmışam. Sonra universiteti bitirib Vətənə dönmüşəm və həmişə də öz ətrafımda hörmətə layiq olmuşam.
Qoy Əli “müəllim” bir nəfər MDU-da oxuyan tələbə, mənim otağıma gəlib-gedən başqa bir insan tapsın göstərsin ki, o mənim Heydər Əliyevə qarşı o dövrdəki hörmətsiz hərəkətimi təsdiq etsin. Əksinə, mənim otağımda həmişə Heydər Əliyevin portreti olub və ən hörmətli yerdən asılıb.
- Bəs, Əli İnsanovun bu fikri haradan qaynaqlanır?
- Əli İnsanova xidmət edən bir muzdlu jurnalist bu yalanı bir neçə il bundan qabaq məni nüfuzdan salmaq, Heydər Əliyevlə münasibətimi korlamaq məqsədilə yazmışdı. O zaman mən bu yazını rəhmətliyə göstərəndə güldü və söylədi ki, “sən ki, o zaman - 1990-cı ildən söhbət gedir - mənim yanımda idin və mənə qarşı çıxanlarla mübarizə aparırdın”.
İndi həmin yalanı İnsanov özünəməxsus əda və riyakarlıqla təkrar edir. Görünür, o zaman da həmin yazını elə onun özü sifariş veribmiş. Mən 1990-cı ilin yanvar hadisələri dövründə Heydər Əliyevin daimi nümayəndəlik qarşısında portretini qaldıran və onu həmin ildə könüllü olaraq, heç kimdən qorxmadan Azərbaycana müşayiət edən iki tələbədən biri olmuşam. İkincisi isə Rza İbadov idi. Sonra da Azərbaycan Ali Sovetinə deputat seçilənə qədər Naxçıvanda onun yanında olmuşam, ona lazımi dəstək vermişəm. O zaman Əli İnsanovun nə işlə məşğul olduğunu, kimə xidmət etdiyini öz vicdanına buraxıram.
- Əli İnsanov sizi kasıblıqda da ittiham edir...
- 1992-ci ildə YAP təsis edilərkən partiya qurucuları Əli İnsanov adında imkanlı adam tanımırdı. O zaman İnsanov Etibar Məmmədovun ətrafında lövbər salmışdı və Elmi-Tədqiqat İnstitutunda öz vəzifəsini qorumağa çalışırdı. Mən isə 1992-93-cü illərdə YAP-ın yaradıcıları sırasında həm elmi-pedaqoji fəaliyyətlə, həm də bizneslə məşğul olurdum. Rusiyadan Türkiyəyə məndən əvvəl heç kim taxta-şalban aparmayıb və o zaman mən Əli İnsanovdan yüz dəfə imkanlı idim. Həm müəyyən maddi imkana, həm avtomobilə, Naxçıvanda və Bakıda evə, ofisə, torpağa, həm də elmi, ictimai, siyasi müvəffəqiyyətə mən yaşıma görə ondan qabaq nail olmuşam. Onun 50 yaşında əldə etdiyi nailiyyətləri mən 35 yaşında qazanmışam. Bu günün özündə də mənim malik olduğum hər şey halal zəhmət və halallıqla qazanılıb. Mənim nail və malik olduqlarımda bir qəpik də olsun kasıb, yetim, xəstə, əlil, əlsiz-ayaqsız və s. təbəqəyə məxsus olan pay yoxdur. Mən sağlam, sadə, şərəfli və heç kimə zərrə qədər ziyan vurmayan, faciə gətirməyən bir həyat yaşayıram, insanlar arasında İnsanovdan fərqli olaraq, başı uca gəzirəm, küçələrə çıxıram, camaatla ünsiyyətdə oluram. Mənə elə gəlir ki, İnsanovun topladığı sərvətlərin “İnsanovin” deyilən saxta və səmərəsiz dərman satışına heç bir dəxli yoxdur. O, gözə kül üfürmək üçün “yalançı vergi” əməliyyatı aparmaqla, özünün çirkli yollarla topladığı pullarını şəffaflaşdırmaq istəyirmiş. Qoy, İnsanov hansı yayım-satış firmasının bu dərmandan nə qədər aldığını və satdığını sübut edən hesab-fakturaları, pul qəbzlərini ortaya qoysun. Bütün Azərbaycan bilir ki, bir il əvvələ qədər səhiyyə sistemində baş həkimlərlə yanaşı, xüsusi “pul yığanlar” oturdulmuşdu ki, onların da peşəsi içəri girəndən-çıxana qədər xəstələri və xəstə sahiblərini soymaq idi. Hər ay yığılan milyonlarla dollar hara gedirdi? Bəlkə İnsanovun bundan xəbəri yox idi? Yox idisə pis, var idisə çox pis. O zaman ölkə rəhbərliyi də, mətbuat da bu haqda ona dəfələrlə xəbərdarlıq etmişdi. O, nazir kimi bütün bunlara cavab verməlidir. Hər ay xəstələrə ayrılan dərman, yemək, xidmət və s. milyonlarla pullar kimin cibinə axırdı? Qarabağ müharibəsi əlilləri, diabetli və s. xəstələr üçün Heydər Əliyevin min bir əziyyətlə tapdığı, ayırdığı pullar hansı ölkəyə köçürülür və sonra necə mənimsənilirdi? 1994-1996-cı illərdə bununla bağlı xüsusi yoxlama da başlanmışdı. Xəstəxanaların təmiri, tikintisi, avadanlıq alınması üçün ayrılan pullar hanı? İşə qəbul, vəzifə təyinatı, Tibb İnstitutu və texnikumlara qəbul, ixtisas və təyinat bölgüsü xüsusi “sxemlə” aparılırdı və bütün bunlar nazirin səlahiyyətində idi. Özü də hər şeyin pulla olduğu heç kimə sirr deyildi. Xəstəxana, poliklinika, aptek və s. fəaliyyəti üçün verilən “lisenziya haqqı” milyonlarla dollar kimə çatırdı? Tibb obyektlərinin özəlləşdirilməsi və istismarı, torpaqların və ərazilərin hərracı.... Bəs, bu milyonlar kimi zənginləşdirirdi? Xarici ölkələrdə dövlət hesabına müalicə - hətta Qarabağ müharibəsi əlillərinə belə - hansı yolla həyata keçirilirdi? Görürsünüz, təkcə mən və Azərbaycan xalqına, müalicə üçün səhiyyə sisteminə üz tutan hər bir vətəndaşa məlum olan bu faktlar kifayətdir ki, İnsanov öz abrına kor olsun və danışmasın. Əgər bu pullar onun cibinə axıbsa - bunu məhkəmə göstərəcək - o zaman onun topladığı və malik olduğu sərvət irinli qandır, insanların göz yaşıdır, son ümidi gəldiyi əşyasını, evini, mal-heyvanını satan kasıb insanların ah-naləsidir, müalicə üçün ömürlük borca girən adamların qarğışıdır. Onu heç kim yeyə bilməz. Bu sərvətlər içərisində mənim müalicəsinə təmənnasız yardım etdiyim yüzlərlə insanın verdiyi pullar da var.
- Bəs, İnsanovun siyasi və şəxsi keyfiyyətləri haqda nə deyə bilərsiniz?
- Bütün Yeni Azərbaycan Partiyası bilir ki, İnsanov heç zaman əqidəli Əliyevçi və YAP-çı olmayıb. Əksinə, YAP-dan, Heydər Əliyevdən, onun silahdaşlarının, qohumlarının adından həmişə sui-istifadə edib, bəhrələnib və özünə işləyib. Topladığı sərvətlərdən Heydər Əliyevin əleyhdarlarını, bəzi muzdlu jurnalistləri maliyyələşdirib, həqiqi və sədaqətli partiyadaşlarını, vicdanlı dövlət məmurlarını isə həmişə gözüm-çıxdıya salıb. Həmin insanlardan biri də mən olmuşam. Mən həmişə ona nifrət etmişəm, o isə mənə qarşı mübarizə aparıb. Görürsünüz, bu gün haqq və ədalət hər şeyi öz yerinə qoyur.
Ə. İnsanov 1998-ci ildən prezidentlik iddiası ilə yaşayıb və bu işə bəzi səbatsız dövlət, partiya yetkililərini də cəlb etmişdi. Heydər Əliyevin sağlığında buna birbaşa cürət edə bilmirdi, əl-altdan işləyirdi və ondan sonranı düşünürdü. Lakin 2003-cü ildə Azərbaycan xalqının İlham Əliyevə verdiyi mütəşəkkil dəstək onu şoka saldı və bu riyakarın Heydər Əliyevdən sonrakı hakimiyyət iddialarına birdəfəlik son qoydu. Onda İnsanov özü kimi səbatsız beş-altı nəfəri də ətrafına toplayaraq gizli və xəyanətkar yola əl atdı. Bu idi onun siyasi siması... Yeni Azərbaycan Partiyasının üzvləri uzun müddət İnsanovun ermənistanlı, yoxsa gürcüstanlı olmasını öyrənə bilmirdi. O özünə sərf edən yerdə gürcüstanlı, sərf etməyəndə isə ermənistanlı kimi təqdim olunurdu. Sonralar məlum oldu ki, ümumiyyətlə, bu, milli mentalitetdən uzaq, kosmopolit bir şəxsdir və Azərbaycana da təsadüfən düşüb. Ermənistanlı, gürcüstanlı, naxçıvanlı, ümumiyyətlə, haradan olmasından asılı olmayaraq o, əsasən o şəxslərdən istifadə edirdi ki, onun tələblərini yerinə yetirsin və eyiblərini ört-basdır etsin. Onun sağlamlığı, psixi vəziyyəti haqqında da partiyadaşlarımız həmişə ehtiyatla danışırdı. Amma real vəziyyəti hamını həyəcanlandırırdı. Hər halda, bu haqda mütəxəssislər danışsa yaxşı olar. Xaraktercə İnsanov çox iddialı, ədalı, insanlara yuxarıdan aşağı baxan, kobud, milli ruhdan uzaq, nəzakətsiz bir şəxs idi və bu gün də belə olaraq qalır. Belə insanlardan Azərbaycan xalqına heç zaman xeyir gəlməyib və bundan sonra da gələcəyinə şübhə ilə yanaşıram. /APA/

Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq