Bank Of Baku

Zaqatala və Şəkidə Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirilib

Zaqatala və Şəkidə Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirilib
# 30 mart 2007 15:27 (UTC +04:00)
Bu gün Zaqatala rayonunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbirdə RİH aparatının, müvafiq idarə və təşkilat nümayəndələri, rayon ziyalıları iştirak edib. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra tədbirdə erməni daşnaklarının Azərbaycanda törətdikləri kütləvi qırğınlar haqqında filim nümayiş etdirilib. Tədbirdə çıxış edən RİH başçısı Asif Əsgərov və digər natiqlər erməni terrorçularının XIX əsrdən başlayaraq ayrı-ayrı dövrlərdə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Şəki RİH-dən APA-ya daxil olan məlumata görə, bu gün bu rayonda da 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR