Bank Of Baku

ATƏT regionunda sərbəst toplaşma azadlığı problemi müzakirə edilib

ATƏT regionunda sərbəst toplaşma azadlığı problemi müzakirə edilib
# 30 mart 2007 15:58 (UTC +04:00)
Vyanada “Toplaşma, birləşmə və söz azadlığı: plüralist cəmiyyətlərdə tam və bərabərhüquqlu iştirakın dəstəklənməsi” mövzusunda ikigünlük konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda ATƏT regionunda sərbəst toplaşma azadlığı problemi müzakirə edilib. Toplantıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Kristian Ştrohal, İspaniyanın qurumdakı daimi nümayəndəsi Karlos Sançes və digər şəxslərin çıxışları olub. Konfrans çərçivəsində baş tutan üç sessiyada Azərbaycanda bu sahədə yaranmış vəziyyətə də toxunulub. Sessiyalarda ATƏT-in Bakı ofisinin əməkdaşları, Azərbaycan Ombudsman Aparatının nümayəndələri, eləcə də qeyri-hökumət sektorunun təmsilçiləri Novella Cəfəroğlu, Səid Məmmədov və Anar Kazımov da iştirak ediblər.
Qeyd edək ki, bu cür konfranslar ildə üç dəfə keçirilir. Onlar insan haqları ilə bağlı hər payız keçirilən iki həftəlik konfransa hazırlıq məqsədi daşıyır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR