Bank Of Baku

Polşa prezidenti Lex Kaçinski Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb

Polşa prezidenti Lex Kaçinski Milli Məclisin spikeri Oqtay Əsədovla görüşüb
# 31 mart 2007 08:33 (UTC +04:00)
Parlamentdən APA-ya daxil olan məlumata görə, görüş zamanı O. Əsədov Polşa-Azərbaycan əlaqələrinin inkişafından danışaraq bu səfərin münasibətlərin daha da dərinləşməsinə kömək edəcəyini bildirib. Parlamentin spikeri iki ölkənin parlamentlərarası əlaqələrinin genişləndirilməsi üçün səylərin artırılmasının zəruriliyini vurğulayaraq ali qanunverici orqanların əməkdaşlığının səmərə verəcəyinə inandığını deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Polşa prezidentinin bugünkü səfər proqramına baş naziri Artur Rəsizdə ilə görüş, Bakıda inşa edilən katolik kilsəsinin tikintisi ilə tanış olmaq daxildir. Lex Kaçinskinin Bakıya iki günlük rəsmi səfəri bu gün başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR