Bank Of Baku

Azərbaycanlıların soyqırımı günü münasibətilə cənub bölgəsində tədbir keçirilib

Azərbaycanlıların soyqırımı günü münasibətilə cənub bölgəsində tədbir keçirilib
# 31 mart 2007 09:28 (UTC +04:00)
31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə Lənkəranın Qala adlanan ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında matəm mitinqi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, mitinq iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən natiqlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, bir milyondan çox azərbaycanlının ata-baba yurdlarından didərgin düşməsi haqqında çıxış ediblər. Matəm mitinqi Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının azərbaycanlıların soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Analoji tədbirlər Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarında da keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR