Bank Of Baku

Metyu Brayza: “ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi quraşdırmaqda məqsədi İrandan atılacaq raketləri zərərsizləşdirməkdir”

Metyu Brayza: “ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi quraşdırmaqda məqsədi İrandan atılacaq raketləri zərərsizləşdirməkdir”
# 31 mart 2007 10:12 (UTC +04:00)
APA-nın Gürcüstanın bürosunun məlumatına görə, bu fikirləri Tiflisdə keçirdiyi mətbuat konfransı zamanı ABŞ dövlət katibinin müavini Metyu Brayza söyləyib. “ABŞ raket əleyhinə müdafiə sistemi komponentlərini Qafqazda yerləşdirmək niyyətində olmayıb. Biz bu sistemi Polşa və Çexiyada quraşdırmaq niyyətindəyik. Bu sistem bizi və müttəfiqlərimizi potensial nüvə raketi istifadəsi təhlükəsindən mühafizə edəcək. Bizdən fərqli olaraq Rusiya analoji sistemə sahibdir və bu sistem Moskvanı və ətraf əraziləri mühafizə edir. Hesab edirəm ki, Rusiyanın dahi alimləri elə sistemlər icad ediblər ki, bu sistemlər vasitəsilə Rusiyanın bütün təhlükəsizliyini mühafizə etmək mümkündür. Buna görə də Rusiyanın Abxaziyada analoji sistem quraşdırmasına lüzum görmürəm”. Metyu Brayza Polşa və Çexiyada quraşdırılacaq raket əleyhinə müdafiə sisteminin heç bir ölkə, o cümlədən Rusiya üçün təhlükə törətmədiyini deyib və bu sistemin İran ərazisindən buraxıla biləcək raketləri zərərsizləşdirmək üçün quraşdırılacağını deyib. “Bu məsələ ilə bağlı Avropadakı tərəfdaşlarımızla apardığımız dialoqda Rusiya da iştirak edir, bu amil həmin sistemlərin Rusiya əleyhinə istifadə üçün nəzərdə tutulmadığını təsdiqləyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR