Bank Of Baku

Gəncədə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Gəncədə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib
# 31 mart 2007 11:19 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbirə Gəncə şəhər idarə və təşkilatlarının rəhbərləri və şəhər ziyalıları qatılıb. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov çıxışı zamanı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri soyqırımı və tarix boyu Azərbaycan türklərinə qarşı mövcud olan ziddiyyətli münasibətlərdən danışıb: “Biz çox vaxt azərbaycanlılara qarşı törədilmiş soyqırımın əsasını 1918-ci ildən götürürük, ancaq, mən hesab edirəm ki, erməni daşnaklarının Azərbaycan türklərinə qarşı ziddiyyətli münasibətinin əsası 18-19-cu əsrlərdə çar Rusiyası dövründən başlayıb. Bu, Azərbaycan tarixində qanlı səhifələrdir. Bu tarixi öyrənib gələcək nəslə çatdırmaq lazımdır”. Tədbirin gedişində “Kəpəz” telekanalı tərəfindən hazırlanmış, erməni vandallarının tarix boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qətllərdən bəhs edən 20 dəqiqəlik sənədli film nümayiş etdirilib. Daha sonra digər natiqlər ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri müsibətlərdən danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR