Bank Of Baku

Müsavat Məclisinə boş qalmış 28 yerə seçkilər keçirilir

Müsavat Məclisinə boş qalmış 28 yerə seçkilər keçirilir
# 31 mart 2007 11:21 (UTC +04:00)
Bu gün Müsavat Partiyasının Məclisinin növbəti iclası keçirilir. APA-nın məlumatına görə, Sülhəddin Əkbərin sədrliyi ilə keçirilən iclasın gündəliyinə partiya Məclisində boş qalmış yerlərə seçkilər keçirilməsi, ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr və Məclis komissiyalarının sədrlərinin məruzələri daxil edilib. S. Əkbər bildirib Ki, Məclisdə boş qalmış 28 yerə 65 nəfər namizədliyi irəli sürüb. Hazırda Məclisin 138 üzvünün olduğunu bildirən sədr namizədlərin ən azı 70 nəfərin səs qazanmasının vacib olduğunu bildirib. Əks halda 50+1 səs toplaya bilməyən namizədlər Məclisdə təmsil oluna bilməyəcəklər. Bu zaman boş qalmış yerlərə növbəti iclaslarda yenidən seçkilər keçiriləcək. Məclisin iclasında cəmi 87 Məclis üzvünün iştirak etdiyini bildirən sədr buna görə də seçkilərin bir qədər çətin olacağını bildirib. İclasda 9 nəfərdən ibarət say komissiyası və 3 nəfərlik redaksiya komissiyası yaradılıb. Məclis üzvlüyünə namizədlərlə bağlı iclas iştirakçılarına məlumat verilib. Partiya başqanı İsa Qəmbər bildirib ki, o, Məclis üzvlüyünə namizədliyini irəli sürmüş qadınları və adını çəkdiyi bir neçə namizədi müdafiə edəcək. Saat 13.00-da Məclisin iclasına fasilə verilib. Hazırda Məclis üzvlüyünə gizli səsvermə keçirilir. Fasilədən sonra səslər sayılacaq və partiya başqanı ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR