Bank Of Baku

Türkiyə səfiri Hüseyn Avni Qarslıoğlu: “Türk milləti heç zaman soyqırımı törətməyib”

Türkiyə səfiri Hüseyn Avni Qarslıoğlu: “Türk milləti heç zaman soyqırımı törətməyib”
# 31 mart 2007 11:35 (UTC +04:00)
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilən “Faciənin tarixi” adlı beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən idman və gənclər naziri Azad Rəhimov bildirib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım faktına dünya ictimaiyyəti öz münasibətini bildirməli və törədilən hadisələrə hüquqi qiymət verilməlidir. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu türk millətinin heç bir dövrdə soyqırım törətmədiyini diqqətə çatdırıb: “Biz dinimizdən və milli kimliyimizdən gələn insanlıq tərbiyəsi almışıq. Babalarımız bizi belə tərbiyə edib. Türk milləti avropalılar kimi deyil. Ermənilərə siyasi dəstək verərək, soyqırıma rəvac verən Qərb bunu bilməlidir”. Türk Tarix Qurumunun başqanı Yusif Halaçoğlu tarixi mənbələr vasitəsi ilə erməni yalanlarını üzə çıxardıqlarını deyib: “Avropa dünyanı işğal etməyi qarşısına məqsəd qoyanda, işğal edilməmiş olan yeganə Osmanlı dövlətini parçalamaq üçün hücuma keçdi. Öncə 1881-ci ildə erməni təşkilatı “Hınçaq”ı, 1889-cu ildə isə Daşnaksütyun Partiyasını yaratdı. Bundan sonra regionda türklərə qarşı terror başlandı”. O, 1915-ci ildə Osmanlı dövlətində 2 milyon erməninin öldürülməsi haqda deyilənləri də cəfəngiyat adlandırıb: “Həmin dövrdə erməni katolik kilsəsinin məlumatlarında göstərilib ki, Osmanlı dövləti ərazisində 1 milyon 905 min erməni yaşayır. Bu gün də Türkiyədə minlərlə erməni yaşayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR