Bank Of Baku

DAK və Səbayel bələdiyyəsi 31 mart -Azərbaycanlıların soyqırımı gününə həsr edilən tədbir keçirib

DAK və Səbayel bələdiyyəsi 31 mart -Azərbaycanlıların soyqırımı gününə həsr edilən tədbir keçirib
# 31 mart 2007 11:44 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Səbayel bələdiyyəsi ilə birgə 31 mart -Azərbaycanlıların soyqırımı gününə həsr edilən tədbir keçirib. APA-nın məlumatına görə, Səbayel rayon bələdiyyəsinin sədri Əhməd Hüseynov tədbirdə çıxışı zamanı ermənilərin azərbaycanlılara qaşı soyqırımı törətməsi faktının dünya tərəfindən qəbul edilməli olduğunu deyib. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev hadisələrin baş vermə səbəbləri haqda məlumat verib, bu hadisələrdən nəticə çıxarılmasının zəruriliyini vurğulayıb. Milli Məclisin deputatı Nizami Cəfərov diaspora təşkilatlarımızın bu yönümdə fəaliyyət göstərməli olduğunu deyib: “Hər bir azərbaycanlı millətimizin başına gətirilən hadisələr barədə yaşadığı və ya səfər etdiyi xarici ölkələrdə təbliğat aparmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR