Bank Of Baku

Azərbaycanın Qarsdakı baş konsulluğunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirilib

Azərbaycanın Qarsdakı baş  konsulluğunda 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirilib
# 31 mart 2007 12:40 (UTC +04:00)
Bu gün Azərbaycanın Qarsdakı baş konsulluğunda 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə konfrans keçirilib. Bu barədə APA-ya Azərbaycanın Qarsda baş konsulu Həsən Zeynalov məlumat verib. Tədbirdə Qarsda yaşayan azərbaycanlılar, Qafqaz Universitetinin müəllim və tələbələri, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən baş konsul Həsən Zeynalov ermənilərin türk xalqına qarşı törətdiyi soyqırımları haqqında geniş məlumat verib. Konfransda çıxış edən Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin sədri, professor Hacali Nəcəfoğlu və digər şəxslər türklərə qarşı davam edən erməni təcavüzünün qarşısını almaq üçün Türk və Azərbaycan diasporlarının birgə fəaliyyətinin vacibliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR