BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Uilyam Tol: “Azərbaycan inkişaf etdikcə, miqrantların daha çox axışacağı ölkəyə çevrilir”
Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Uilyam Tolun APA-ya eksklüziv müsahibəsi
- Rəhbərlik etdiyiniz ofis hazırda Azərbaycanda hansı layihələri həyata keçirir?
- Biz, əsasən, iki istiqamətdə layihələr həyata keçiririk. Ofisimiz Azərbaycanda 1992-ci ildə fəaliyyət göstərməyə başlayıb. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim ofisin əsas fəaliyyət istiqaməti Azərbaycan hökumətinə fövqəladə vəziyyətdə humanitar yardımlar göstərmək idi. Bizim buradakı fəaliyyətimiz Azərbaycanın inkişafı ilə paralel gedir. Hazırda hökumətə sığınacaq sisteminin qurulması sahəsində yardım edirik, çünki Azərbaycanın öhdəliyi var ki, sığınacaq axtaran şəxsləri qəbul etməli, onlara gələcəkdə qaçqın statusunun verilib-verilməməsi məsələsinə və vəsatətlərinə baxmalıdır. Hesab edirəm ki, bu, çox vacib məqamdır. Çünki Azərbaycan coğrafi baxımdan bir tərəfdən İran, digər tərəfdən isə Rusiya ilə sərhəddə yerləşir. Digər səbəb isə odur ki, Azərbaycan inkişaf etdikcə, miqrantların daha çox axışacağı ölkəyə çevrilir. Azərbaycan hökuməti sığınacaq sisteminin qurulması istiqamətində böyük irəliləyişlər əldə edib. Əməkdaşlığımızın ikinci sahəsi məcburi köçkünlərlə bağlıdır. Biz məcburi köçkünlərin problemlərinin həllinə yardım göstərilməsi istiqamətində hökumətlə əməkdaşlıq edirik. Bu illər ərzində bu sahə üzrə əməkdaşlığımızda bəzi dəyişikliklər olub. Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeni qəsəbələr yaradır. Bu işə Azərbaycan hökuməti tərəfindən daha çox maliyyə vəsaiti qoyulur. Hökumət səylərini artırdıqca, biz sığınacaq axtaran şəxslərlə bağlı istiqamətə daha çox yardım edirik. Hazırda biz hökumətlə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli tapıldıqda, məcburi köçkünlərin geri qayıtmasına dair ümumi plan üzərində işləyirik. Biz “Dövlətqaçqınkom”la çox yaxından əməkdaşlıq edirik. Təbii ki, bu gün Azərbaycanda köçkünlük həyatını yaşayan şəxslərin problemləri hələ də qalmaqdadır. Amma mən qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin bu təbəqədən olan insanlarla bağlı fəaliyyəti çox pozitivdir və müsbət nümunə kimi tərəfimizdən qəbul edilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyanın müxtəlif ölkələrində məcburi köçkünlər və qaçqınlarla bağlı fəaliyyət göstərir. Digər ölkələrdə məcburi köçkünlük probleminin səbəbi məhz o ölkələrin hökumətlərinin fəaliyyətinin nəticəsi olduğu halda, Azərbaycanda bu belə deyil. Burada hökumət bilavasitə bu şəxslərin problemlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışır. Məcburi köçkünlər Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edir. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanda məcburi köçkünlərə münasibət həddindən artıq müsbətdir.
- Bu sahədə təcrübəsi olan bir təşkilatın təmsilçisi kimi, sizcə, məcburi köçkünlərin geri qayıtması prosesinə sülh sazişi əldə olunandan neçə müddət sonra başlana bilər?
- Bununla bağlı hazırlıq işlərinə artıq başlanılıb. Fəaliyyət planını əks etdirən sənəd hazırlayırıq ki, bu hal baş verdikdə, atılacaq addımları müəyyənləşdirək. Qayıdış üçün sənədin qəbul edilməsi çox vacib məqamdır. Planda müxtəlif müddəalar və istiqamətlər əksini tapıb. Hökumətin bu proqramdakı əsas fəaliyyət istiqamətlərdən biri ondan ibarət olacaq ki, qayıdış könüllük prinsipi əsasında baş versin. Biz və qayıdış layihəsində iştirak edəcək digər donorlar üçün əsas məsələlərdən biri könüllülük prinsipidir. Qayıdışın baş verməsi təcrübəsinə gəldikdə, bu, müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Məsələn, Kosovoda 600 min qaçqın 3 gün ərzində könüllü olaraq öz yerlərinə qaytarılmışdı. Bosniya və Herseqovina ilə bağlı sülh sazişinin imzalanmasından isə 11 il keçsə də, qayıdış bu gün də davam edir. Əsas odur ki, köçkünlərin qayıtması üçün əlverişli şərait yaradılsın, onların həyat tərzlərini qura bilməsi üçün iqtisadi imkan olsun. Məcburi köçkün düşmüş hər bir şəxsin geri qayıtmaq hüququ var. O öz doğma yerinə daimi də qayıda bilər, oradakı evini saxlayıb, yaşamaya da...
- Məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsinə bu il nə qədər vəsait ayrılıb?
- Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında olan razılaşmaya əsasən, bu məsələləri - yoxsulluğun aradan qaldırılmasını katiblik həyata keçirir. Dünya Bankı və BMT İnkişaf Proqramı xüsusi layihələr həyata keçirir. Biz Norveç Qaçqınlar Şurası ilə partnyorluq edirik, onların vasitəsilə Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binaların reabilitasiyasını, eyni zamanda məcburi köçkünlərin təhsil aldıqları binaların bərpasını həyata keçiririk. Ötən il bu vəsait 500 min dollar idi, bu il isə 400 min dollardır. Təbii ki, bu rəqəm hökumət tərəfindən ayrılan 100 milyonlarla müqayisədə, çox azdır. Biz hökumətin məcburi köçkünlər üçün yeni qəsəbələr salmaq proqramını dəstəkləyir, neftdən gələn gəlirlərin bu istiqamətdə istifadə olunmasını alqışlayırıq.
- Bu il məcburi köçkünlərə hansısa humanitar yardımların ediləcəyi gözlənilirmi?
- Məcburi köçkünlərə 2 dəfə humanitar yardım gətirmiş Yaponiyanın “Fuji Optical” şirkətinin bu il yenidən yardım gətirəcəyi gözlənilir.
- Ofisinizdə qeydiyyatda olan qaçqınlar, əsasən, hansı ölkələrdəndir, onların sayı nə qədərdir?
- Ofisimizdə qeydiyyatda olan çeçenlərin sayı daha çıx idi. Lakin onların sayı getdikcə azalır. Bu günə onların sayı təxminən 2500 nəfərdir. Ofisimizdə 500 əfqan qaçqını qeydiyyatdadır. Bundan başqa, qeydiyyatda olanlar arasında İran, İraq və Pakistandan gəlmiş qaçqınlar da var. Bizim mövqeyimiz ondan ibarətdir ki, əvvəl yaşadıqları ölkədə şərait əlverişli olduğu təqdirdə, onlar geri qayıda bilərlər. Lakin qaçqınlara geri qayıtmaq üçün təzyiq edilmir. Biz Azərbaycan hökumətinə minnətdarıq ki, bizi dəstəkləyir və bu şəxslərə heç bir təzyiq göstərilmir.
- Çeçenlərin sayının azalmasının səbəbləri nədir? Onlar geri qayıdırlar, yoxsa üçüncü ölkələrə göndərilirlər?
- Onların əksəriyyəti geri qayıdıb. Ötən il yalnız 6 çeçen qaçqın üçüncü ölkəyə göndərilib. Çeçenlərin üçüncü ölkə tərəfindən qəbul edilməsi məsələsində müəyyən tərəddüdlər var. Bəzi ölkələr məlum 11 sentyabr hadisələrindən sonra müəyyən məhdudiyyətlər tətbiq etməyə başlayıb. Almaniya Yuqoslaviyada münaqişə zamanı yarım milyona yaxın qaçqını, Kosovadan olan yüz minlərlə albanı öz ərazisində yerləşdirib, indi isə maraqlıdır ki, onlar geri qayıtsın. Böyük qaçqınlar qrupunu qəbul etmək belə ölkələrin marağında deyil. Artıq belə ölkələr qaçqınların qəbulu ilə bağlı tərəddüd edir. Bəzi ölkələr isə belə şərt qoyur ki, əlinə nə vaxtsa silah almış kişini heç vaxt qəbul etməyəcək. Məlumdur ki, birinci çeçen müharibəsi zamanı, demək olar, hər bir kişi əlinə silah alıb. Ona görə də bu məsələdə müəyyən problemlər ortaya çıxır.
Ofisimizdə qeydiyyatda olanlar arasında qaçqın statusu almaq üçün Azərbaycan hökumətinə müraciət edənlər də var ki, bu siyahıda əfqanlar üstünlük təşkil edir. Hökumət bu şəxslərin qaçqın olub-olmadığını müəyyən edir, biz də bu prosesi izləmək üçün monitorinq həyata keçiririk. Bəzi hallarda qərarla tam razı olmasaq da, əksər hallarda hökumətin verdiyi qərardan razı qalırıq. Qaçqın statusu almış əfqanların qanuni şəkildə Azərbaycan ərazisində qalmaq hüququ var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı olaraq, bizim mövqeyimiz ondan ibarətdir ki, əfqanları hətta qaçqın statusu almasalar belə, öz ölkələrində vəziyyət düzəlməyənə, təhlükəsizlik yaranmayana qədər məcburi olaraq geri qaytarmaq olmaz. Əfqan və çeçenlərin bizə qarşı mövqeyində bir inciklik var. Onlar fikirləşirlər ki, bizim işimiz onları Qərb ölkələrinə göndərməkdən ibarətdir. Biz isə onlara izah edirik, belə bir missiyamız yoxdur.
- Əcnəbi qaçqınlara hansı yardımları edirsiniz?
- Onların Azərbaycanda qanuni yaşamaq baxımından hüquqi cəhətdən problemləri var, çünki qanuni şəkildə işləmək üçün icazələri yoxdur. Bizim tərəfimizdən ilk növbədə onlara tibbi yardım göstərilir. Xüsusi klinikamız, qaçqın qadınlar üçün Qadın Mərkəzimiz var. Orada onlara müxtəlif təlimlər keçirilir, daha çox ehtiyacı olan şəxslərə isə kiçicik maliyyə yardımları da edilir.
- Sığınacaq axtaran şəxslər arasında istintaq altında olanlar varmı? Hazırda bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyində saxlanan iki erməninin üzləşdiyi situasiyaya bənzər situasiya yaranmayıb ki?..
- Təbii ki, bütün kateqoriya insanlar arasında olduğu kimi, bu insanlar arasında da qanunu pozanlar var. Əgər qaçqın izolyatorda saxlanılırsa, bizim onunla görüşümüz təmin olunur. Biz eyni zamanda onun üzərində məhkəmə prosesinin ədalətli aparılmasını izləyirik. Əgər qaçqın Azərbaycan qanunlarını pozubsa, həbs oluna da bilər, azadlıqdan məhrum edilə də... Roman Teryan və Artur Apresyanın məsələsinə oxşar hal isə hazırda yoxdur. O zaman hökumət bizə müraciət etmişdi ki, onların üçüncü ölkəyə getməsinə köməklik edək, biz də bunu etdik. /APA/

Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq