Bank Of Baku

Kaliforniya Şimali Azərbaycan Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar toplantı keçirib

Kaliforniya Şimali Azərbaycan Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar toplantı keçirib
# 02 aprel 2007 08:28 (UTC +04:00)
Kaliforniya Şimali Azərbaycan Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar toplantı keçirib. APA-nın ABŞ bürosunun məlumatına görə, tədbirdə 1918-ci mart hadisələri zamanı Bakı, Şamaxı, Gəncə, Naxçıvan və ölkənin şimal bölgələrində həmvətənlilərimizə qarşı törədilən vəhşiliklər pislənilib, dünya ictimaiyyətinin bu barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb. Şimali Azərbaycan Mədəniyyət Mərkəzinin İradə Heyətinin üzvü Samir Lütfəliyevin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, cəmiyyət Kaliforniya ştatının yerli və federal səviyyəli millət vəkillərinə məlum hadisələr ilə bağlı məktublar yollayıb. O, bu faciənin miqyası haqqında Amerikanın yerli icmalarına məlumatlar verilməsi üçün tədbirlər planlaşdırıldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR