Bank Of Baku

Amerika Azərbaycan Cəmiyyəti ABŞ Konqresinə Azərbaycanın ABŞ-la müttəfiqliyini əsaslandıran müraciət göndərəcək

Amerika Azərbaycan Cəmiyyəti ABŞ Konqresinə Azərbaycanın ABŞ-la müttəfiqliyini əsaslandıran müraciət göndərəcək
# 02 aprel 2007 08:36 (UTC +04:00)
Bu barədə APA-nın ABŞ bürosuna məlumat verən AAC prezidenti Tomris Azeri bildirib ki, Alt Komitənin üzvlərinə yollanan məktubda ölkəmizin ABŞ-ın antiterror əməliyyatına dəstək verən yeganə müsəlman dövləti olması, Kosovo, Əfqanıstan və İraqda aparılan sülh məramlı əməliyyatlarda aktiv iştirak etməsi, Amerika və Avropa üçün mühüm regional müttəfiq və alternativ enerji daşıyıcısı olması xüsusi olaraq vurğulanacaq. Eyni zamanda Alt Komitənin 2008-ci büdcə ilində Cənubi Qafqaz ölkələrinə maliyyə yardımın göstərilməsi ilə bağlı müzakirələrdə Azərbaycan icmasının iştirakına imkan yaradılması xahiş olunacaq. Qeyd edək ki, ABŞ-ın erməni icması martın 29-da keçirilən dinləmələr zamanı Al Komitəyə məktubla müraciət edib. Müraciətdə Ermənistana ən azı 75 milyon, Qağlıq Qarabağa 10 milyon dollar vəsait ayrılması, eyni zamanda Ermənistan və Azərbaycana eyni miqdarda 4.3 milyon dollar hərbi yardım və Ermənistan ordusunun təlim-tədrisinə əlavə 1 milyon dollar vəsait ayrılması tələb olunub. Erməni diaspor qurumunu icraçı direktoru Brayn Ardouny Alt Komitənin üzvlərini inandırmağa çalışıb ki, ölkəsi Azərbaycan və Türkiyə tərəfindən “blokada”ya alınıb. Eyni zamanda o, Azərbaycan hərbi büdcəsinin bütün Ermənistan dövlət büdcəsinə bərabər olduğunu bildirib. Ardouny Azadlıq Aktına 907-ci düzəlişin Azərbaycana qarşı tətbiqinin yenidən icra olunmasına və Ermənistanın “bloka”dadan can qurtarması üçün Qars-Gümrü dəmir yol xəttinin açılması üçün Türkiyə hökumətinə təsir göstərməyə çağırıb. Lakin Konqresdəki mənbələrdən APA-nın ABŞ bürosuna verilən məlumata görə, ermənilərin təklif və etirazları səsləndirilən iclasa Alt Komitənin 15 üzvündən cəmi ikisi qatılıb. Qeyd edək ki, ABŞ Konqresinin Dövlət, Xarici Əməliyyatlar və Müvafiq Proqramlar Alt Komitəsinin üzvlərindən biri “erməni soyqırımı” barədə qanun layihəsinin həmmüəllifi, kaliforniyalı konqresmen Adam Şifdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR