Bank Of Baku

Astarada Heydər Əliyev Muzeyinin tikintisinə başlanılıb

Astarada Heydər Əliyev Muzeyinin tikintisinə başlanılıb
# 02 aprel 2007 08:38 (UTC +04:00)
Astara şəhərinin mərkəzində Heydər Əliyev Muzeyinin inşasına başlanıb. Bu barədə APA-nın cənub bürosuna Astara rayon İcra Hakimiyyəti (RİH) Aparatının şöbə müdiri Azər Abdullayev məlumat verib. Şöbə müdirinin sözlərinə görə, Heydər Əliyev küçəsində tikilən muzeydə ekspozisiya zalı, xidməti otaqlar qurulacaq, mərhum prezidentin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kitablar, foto-şəkillər, həmçinin, Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Astarada keçirdikləri görüşləri əks etdirən materiallar nümayiş etdirilərək. Muzeyin bu ilin mayında - H. Əliyevin doğum günü ərəfəsində açılması nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR