Bank Of Baku

İqdırda yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədində mitinq keçiriblər

İqdırda yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədində mitinq keçiriblər
# 02 aprel 2007 11:29 (UTC +04:00)
APA-nın məlumatına görə, İqdır Erməni Zülmünün Qurbanları Dərnəyi tərəfindən təşkil olunan mitinqə Naxçıvan Dövlət Universitetinin müəllimləri və çoxlu sayda İqdır sakini qatılıb. Mitinqdə çıxış edən İqdır bələdiyyə başqanı Nurəddin Aras xarici qüvvələrin Osmanlı dövlətinə qarşı 18 dəfə səlib yürüşü keçirdiyini, lakin hər dəfə məğlubiyyətlə üzləşdiklərini bildirib: “Səlibçilər sonuncu dəfə Çanaqqalada yüz minlərlə ölü buraxaraq torpaqlarımız tərk ediblər. İndi səlib yürüşündə məğlubiyyətlərin intiqamını almaq məqsədilə hər fürsətdə türk xalqına qarşı hücuma keçirlər. Ötən əsrin 80-ci illərindən başlayaraq Ermənistanda yaşayan türklərin hamısı doğma yurd-yuvalarından sürgün ediliblər. Ermənilər 600 il himayəsi altında yaşadıqları Osmanlı dövlətinə xəyanət etdilər, buna görə də onlar haqqında sürgün qərarı verilib. Sürgün dövründə 1,5 milyon erməninin öldürülməsi barədə iddialar kökündən yanlışdır. O zaman Osmanlı dövlətinin əhalisinin sayı 13,5 milyon nəfər idi. Soyqırımı iddiası irəli sürən ermənilərə müraciət edirəm: Gəlsinlər, Türkiyənin hər yerində qazıntı işləri aparsınlar. Bizim hökumətimiz qazıntı işlərinə icazə verəcəkdir. Görək, bu torpaqlarda ermənilərə aid bircə dənə məzar belə tapacaqlarmı? Amma biz ermənilərin türkləri qətl edərək cəsədləri doldurduğu yüzlərlə toplu məzarlığı dünya ictimaiyyətinə göstərə bilərik”. İqdır Erməni Zülmünün Qurbanları Dərnəyinin rəhbəri, vəkil Cəfər Zor çıxışında mitinq keçirilən ərazidən 100 metr uzaqlıqda Ermənistan adlı dövlətin yerləşdiyini deyib: “Bu dövlət demokratiya, insan haqları və müasir dəyərlərdən xəbərsiz, diktatorluğun hökm sürdüyü vəhşi bir dövlətdir. Osmanı dövründə ermənilər Zeytunda, Ərzurumda, Merzifonda, Kayseridə, Yozqatda, Sasonda, Vanda və Adanada üsyan etdilər. O bölgələrdə türklərə qarşı inanılmaz vəhşiliklər törətdilər, türkləri zorla evlərini tərk etmək məcburiyyətində qoydular. Osmanlı dövləti də ingilislərin, fransızların, rusların diktəsi ilə dövlətə qarşı çıxan erməniləri sürgün etmək barədə qərar çıxardı. Sürgün zamanı cəmi 10 min erməni yollarda çətin hava şəraiti səbəbilə ölüb. Ölənlərin əksəriyyəti xəstəlikdən dünyasını dəyişib. Onlara məxsus malların bir qismi ailələrinə, bir qismi kilsəyə, bir qismi isə sürgün edildikləri ərazinin hökumətinə verilib. Sürgün zamanı ermənilərə pis münasibət bəsləyən 1,373 nəfər məhkəməyə verilib, onlardan 67 nəfəri edam olunub. Belə olan halda hansı soyqırımdan danışılır? Ermənilər təkcə Xocalıda 613 qardaş və bacılarımızı bir gün içində güllələdilər. Onlar bu vəhşiliyin hesabını verməlidirlər. Nə üçün dünya ictimaiyyəti 3 yaşlı körpə qızı diri-diri yandıranlardan “niyə belə etdin” deyə soruşmur?” Cəfər Çor Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edən qüvvələrin ilk öncə Azərbaycan xalqına xəyanət etdiyini bildirib: “Ermənistanla sərhədlər açılsın deyənlər, bu sərhəd açılarsa, biz azərbaycanlı qardaşlarımızın üzünə necə baxacağıq? Qurtuluş savaşında azərbaycanlı qadınlar öz nişan üzüklərini belə türk ordusuna yardım üçün göndərmişdilər, biz o qadınların övladlarına nə cavab verəcəyik? Qapı dostun üzünə açılar, düşmənin üzünə qapı açılmaz. Ermənilər işğal altında olan Azərbaycan torpaqlarını tərk etməyincə, Türkiyəyə qarşı soyqırımı və ərazi iddialarından əl çəkməyincə, bu sərhədlər açıla bilməz”. Mitinqdə çıxış edən Naxçıvan Dövlət Universitetinin tarix kafedrasının professoru Elman Cəfərli türklərin qəlbində ermənilərə yer qalmadığını, ermənilərin tarix boyu türk xalqına qarşı vəhşiliklər törətdiyini deyib. Naxçıvan Dövlət Universitetinin professoru Elbrus İsayev isə çıxışında Qafqaz regionunun Türkiyə üçün çox önəmli bölgə olduğunu bildirib: “Türk milləti artıq güclənib. Türkiyə və Azərbaycan artıq öz ayağı üstə durmağı bacarır. Bizi büdrətməyə çalışanlar uğursuzluğa düçar olacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR