Bank Of Baku

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb, gündəlikdə Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklər məsələsi də var

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb, gündəlikdə Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklər məsələsi də var
# 02 aprel 2007 12:04 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, gündəliyə Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri məsələsi də salınıb. Bu məsələ aprelin 16-dan 20-dək keçiriləcək sessiyanın ilk günündə müzakirə olunacaq. Aprelin 16-da AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabatla çıxış edəcəklər. Aprelin 17-də sessiyada Monteneqro (Çernoqoriya) AŞ-yə qəbul olunması, siyasi partiyaların müsbət təcrübəsi, Avropa Məhkəməsinə namizədlər məsələsi müzakirə olunacaq. Aprelin 18-də sessiyada Avropada insan haqları və demokratiya ilə bağlı məsələlər, AŞPA-nın fəaliyyətinin nəticələri, aprelin 19-da Monakonun qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi, Avropa İttifaqı ilə Avropa Şurası arasında debatlar, sessiyanın sonuncu günü isə Avropada tibbin keyfiyyəti məsələsi müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR