Bank Of Baku

“Azərbaycanlıların soyqrımı” kitabının təqdimat mərasimi keçirilib

“Azərbaycanlıların soyqrımı” kitabının təqdimat mərasimi keçirilib
# 02 aprel 2007 12:12 (UTC +04:00)
Tarixçi Vaqif Abışovun Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) dəstəyi ilə nəşr olunmuş “Azərbaycanlıların soyqrımı” kitabının təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, V. Abışov kitabın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun qərarı ilə çap edildiyini bildirib: “Nəhayət ki, Azərbaycanda ermənilərin törətdikləri soyqırımlarla bağlı tədbirlərin keçirilməsinə və kitabların nəşr edilməsinə başlanıb”. Onun sözlərinə görə, müəllifi olduğu kitabda arxiv materiallarından istifadə edib. Kitabda ermənilərin soyqırıma başladıqları XVIII əsrdən bu günə qədər həyata keçirdikləri soyqırımlar, həmçinin Güney Azərbaycandakı kütləvi qırğınlar öz əksini tapıb. V. Abışov kitabda rus və ingilis dillərində xülasələrin verildiyini də deyib. Kitablar dövlət qurumlarına, xarici ölkələrin səfirliklərinə təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR