Bank Of Baku

İslam Partiyasının sədri narazı rayon təşkilatlarının sədrləri ilə görüşüb

İslam Partiyasının sədri narazı rayon təşkilatlarının sədrləri ilə görüşüb
# 02 aprel 2007 14:16 (UTC +04:00)
“Partiyanın fəaliyyətindən narazı olan rayon təşkilatlarının sədrlərinin fikirlərini başa düşürəm. Onlarla görüşümüzdə də bəlli oldu ki, həmin şəxslərin partiyanın sədrinə qarşı heç bir şəxsi qərəzlilikləri yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Vaqif Abdullayev bildirib. V. Abdullayevin sözlərinə görə, dünən partiyanın sədri Hacıağa Nuri ilə birgə Əli Bayramlıda olublar. Burada onlar AİP Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilovla və Hacıqabul rayon təşkilatının sədri Vidadi Əliyevlə görüşüblər. O, görüşdə rayon təşkilatları sədrlərinin fikirlərindən dönmədiklərini və eyni sözləri söylədiklərini deyib. V. Abdullayev təşkilat daxilində yaranan narazılıqların səbəbinin kənarda axtarmağın tərəfdarı olmadığını da bildirib: “Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini kimi deyə bilərəm ki, partiya daxilində baş verənlərdə kənar qüvvələrin təsirinin olmadığına əminəm. Çünki həm onları, həm də partiyanın əksər fəal üzvlərini şəxsən tanıyıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR