Bank Of Baku

Əli Əhmədov: “YAP artıq prezident seçkilərinə hazırlığa start verib”

Əli Əhmədov: “YAP artıq prezident seçkilərinə hazırlığa start verib”
# 02 aprel 2007 14:32 (UTC +04:00)
APA-nın məlumatına görə bu sözləri YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib. Partiyanın artıq prezident seçkilərinə hazırlığa start verdiyini bildirən Ə. Əhmədov seçkilərlə bağlı rəsmi qərarı vaxtı gələndə verəcəklərini qeyd edib: “Seçki kampaniyasına start verilən zaman YAP rəsmi qərar verəcək və qanunvericiliyə uyğun addımlar atılacaq. Həm təcrübə, həm nüfuz, həm də prezidentin ölkədə böyük reytinqə malik olması 2008-ci il prezident seçkiləri kampaniyasında YAP-ın uğurunu təmin edəcək vacib amillərdir. Bu seçki kampaniyası partiya üçün kifayət qədər uğurlu olacaq. Amma bu bizi arxayınlaşdırmır, dəfələrlə sınaqdan keçirmişik ki, çox hazırlaşdıqda, güclü səfərbərlik etdikdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində o qədər böyük uğur əldə etmək olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR