Bank Of Baku

ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi aprelin sonuna qədər qurultaya hazırlığı başa çatdırmaq niyyətindədir

ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsi aprelin sonuna qədər qurultaya hazırlığı başa çatdırmaq niyyətindədir
# 02 aprel 2007 14:47 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. Qurultaya hazırlıqla bağlı partiyanın yerli təşkilatlarında keçirilən konfranslarla əlaqədar TK üzvlərinin məlumatları dinlənilib və konfransların nəticələri təsdiq olunub. Partiya aprelin sonuna kimi konfransları yekunlaşdırmaq və qurultayın vaxtını müəyyənləşdirmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR