Bank Of Baku

YAP-ın İmişli rayon təşkilatına yeni sədr seçilib

YAP-ın İmişli rayon təşkilatına yeni sədr seçilib
# 02 aprel 2007 14:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının VI konfransı keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Konfransın işində 320 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Yaşar İsmayılov hesabat məruzəsi ilə çıxış etdikdən sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının 39 nəfərdən ibarət Şurası, 15 nəfər tərkibdə İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupu seçilib. Keçirilən açıq səsvermə zamanı rayon təşkilatının sədri dəyişib və Səfa Malik oğlu Ağayev İmişli rayon təşkilatının yeni sədri seçilib. YAP İdarə Heyətinin üzvü Kərim Kərimov və YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə konfransda çıxış ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR