Bank Of Baku

Venesiya Komissiyası və Azərbaycan ekspertləri arasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrin bu ay başlanacağı gözlənilir

Venesiya Komissiyası və Azərbaycan ekspertləri arasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrin bu ay başlanacağı gözlənilir
# 03 aprel 2007 09:10 (UTC +04:00)
Aprel ayında Venesiya Komissiyası və Azərbaycan ekspertləri arasında Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrin başlanması gözlənilir. APA-nın məlumatına görə, bu barədə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib: “Bu müzakirələr yəqin ki, Bakıda olacaq. Müzakirələr Strasburqda da davam etdirilə bilər”.
Ə. Həsənovun sözlərinə görə, Seçki Məcəlləsi ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqları ilə yanaşı, uyğun gələn məqamlar da var: “Avropa Şurası ekspertlərinin seçki komissiyalarının hansısa siyasi qüvvələrin iradəsindən asılı vəziyyətə salınması fikri ilə razılaşmırıq. Azərbaycan hökumətinin bu məsələ ilə bağlı tövsiyələrinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda seçki demokratik, ədalətli və şəffaf keçirilsin, heç bir siyasi qüvvənin iradəsindən asılı vəziyyətə salınmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR