Bank Of Baku

Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzə AŞPA-nın yaz sessiyasının gündəliyinə daxil edilməyib

Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzə AŞPA-nın yaz sessiyasının gündəliyinə daxil edilməyib
# 03 aprel 2007 10:20 (UTC +04:00)
Ancaq məruzənin aprelin 15-nə qədər gündəmə salınması ehtimalı qalır. Bu barədə APA-ya AŞPA-nın Cənubi Qafqazda itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet məlumat verib. O bildirib ki, məruzənin yaz sessiyasında müzakirəyə çıxarılması üçün öz tərəfindən bütün lazımi addımları atıb: “Mən sessiyanın gündəliyini müəyyən edən komissiyaya daxil deyiləm. Komissiya qərara alıb ki, sessiyanın böyük hissəsi Avropada insan haqlarının vəziyyətinə həsr olunsun. Mənim məruzəm çox vacib informasiyaları özündə əks etdirir və ümid edirəm ki, onu gündəmə daxil edəcəklər”. L. Platvoet deyib ki, məruzə yaz sessiyasında müzakirəyə çıxarılmasa, sənədi yay sessiyasına saxlamayacaq və AŞPA Daimi Komitəsinin mayın 24-də Belqradda keçiriləcək iclasına təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR