Bank Of Baku

Rusiya səfiri Vasili İstratov: “Rusiya və Azərbaycan enerji sektorunda rəqib deyil”

Rusiya səfiri Vasili İstratov: “Rusiya və Azərbaycan enerji sektorunda rəqib deyil”
# 03 aprel 2007 12:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov söyləyib. Səfir Azərbaycanla Rusiyanın enerji sektorunda bir-birini rəqib kimi dəyərləndirmədiyini, əksinə birgə əməkdaşlıqda maraqlı olduğunu deyib. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə jurnalistlərə bildirib ki, Rusiya və Azərbaycan beynəlxalq bazarlarda, həmçinin təhlükəsizlik sistemində geniş əməkdaşlıq imkanına malik ölkələrdir. “”Biz Rusiyanın imkanlarını Azərbaycanın əlavə imkanları kimi dəyərləndiririk. Əminik ki, Rusiya da Azərbaycanın imkanlarını bu cür dəyərləndirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR