Bank Of Baku

Xələf Xələfov: “”Xəzərin statusu məsələsində əsas prinsiplər üzrə İranla mövqeyimiz yaxınlaşmaqdadır”

Xələf Xələfov: “”Xəzərin statusu məsələsində əsas prinsiplər üzrə İranla mövqeyimiz yaxınlaşmaqdadır”
# 03 aprel 2007 12:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib. “Xəzərin statusu məsələsində əsas prinsiplər üzrə Rusiya və Qazaxıstanla mövqelərimiz çox yaxındır. Cənub qonşumuzla da mövqelərimiz yaxınlaşır. Xəzəryanı ölkələrdən heç biri status məsələsinə konseptual şəkildə etiraz etmir. Biz Rusiya və Qazaxıstanla dənizin dibinin bölgüsünə dair normativ əsasları möhkəmləndirmişik, İran və Türkmənistanla danışıqlar davam edir. Xəzəryanı dövlətlərlə imzalanmış sənədlər beynəlxalq əsasa malik və legitimdir. Əminik ki, danışıqlar potensialı çoxtərəfli formata keçməyimizə yardım göstərəcək”. Qeyd edək ki, Xəzərin statusuna dair saziş layihəsinin razılaşdırılması üzrə işçi qrupunun son iki iclası 2006-cı ilin dekabrında və 2007-ci ilin fevralında Tehranda keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR