Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti direktorunun 1-ci müavinini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti direktorunun 1-ci müavinini qəbul edib
# 03 aprel 2007 14:06 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Cənubi Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti direktorunun 1-ci müavini Li Su Hyukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, K. Heydərov ildən-ilə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Koreya əməkdaşlığının gələcək perspektivlərindən danışıb. Nazir vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, bütün sahələrdə yüksək sürətlə inkişaf gedir. Bütün bunların əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu uğurlar prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. K. Heydərovun sözlərinə görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında təhlükəsizlik sahəsində əlaqələrin genişlənməsinə xidmət edir.
Öz növbəsində, qonaq bu cür görüşlərin iki dost ölkə arasında mövcud münasibətlərin daha da dərinləşməsinə müsbət stimul verdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR