Bank Of Baku

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya, ABŞ və ATƏT-in maraqları bir-birinə ziddiyyət təşkil etmir”

Sergey Lavrov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya, ABŞ və ATƏT-in maraqları bir-birinə ziddiyyət təşkil etmir”
# 03 aprel 2007 14:45 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İrəvanda Ermənistan xarici işlər naziri Vardan Oskanyanla birgə mətbuat konfrnası keçirən Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov söyləyib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə dair hazırladığı sənədə konfliktlərdən əziyyət çəkən digər ölkələrin həsəd apara biləcəyini deyib: “Əminəm ki, məhz bu unikallıq Bakı və İrəvana tənzimləmə prosesinin yeni mərhələsinə çıxmağa imkan verəcək. Son qərarı sözsüz ki, Azərbaycan və Ermənistan dövlət başçıları verəcəklər, lakin həmsədr ölkələr, o cümlədən Rusiya əldə olunan razılaşmaların qarantı olmağa hazırdır”. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan isə nizamlanma prosesində əsas prinsiplər üzrə razılaşma əldə edilmədiyini bildirib: “Məhz bu prinsiplər nizamlama prosesini məhək daşı olacaq. Bu ay Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşümdə danışıqları davam etdirəcəyik ki, həmsədrlər iki ölkənin prezidentləri arasında görüşün təşkilinə hazırlaşsınlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR