Bank Of Baku

ADP-çilər MDİ-nin təlim proqramında iştirak ediblər

ADP-çilər MDİ-nin təlim proqramında iştirak ediblər
# 03 aprel 2007 16:16 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) funksionerləri ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisində təlim proqramında iştirak ediblər. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Təlim proqramı ADP-nin Mərkəzi Aparat əməkdaşları üçün partiya quruculuğu sahəsində görülməsi zəruri olan işləri nəzərdə tutub. Təlimdə bir neçə mövzu ətrafında “Mütəmadi kampaniya” konsepsiyası və seçkilərarası partiya quruculuğu işi, hədəfəalma, məqsədlərin müəyyənləşdirilməsi, təşkilatın güclü və zəif tərəfləri, imkanlar və təhlükələr mövzuları ətrafında müzakirələr aparılıb. Təlim zamanı belə tədbirlərin ADP ilə bundan sonra da mütəmadi olaraq aparılması məqsədəuyğun hesab edilib. Tədbirdə ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin müavinləri Həsrət Rüstəmov, Taliyət Əliyev, MNTK sədri Bəhruz Məmmədov, TK üzvləri Nurəddin İsmayılov, Rəşid Mənsurov, Nizami Məmmədzadə, Nizami Həsənoğlu və Zakir Hüseynov iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR