Bank Of Baku

Gela Bejuaşvili: “David Qareci monastır kompleksi Gürcüstan ərazisində qalmalıdır”

Gela Bejuaşvili: “David Qareci monastır kompleksi Gürcüstan ərazisində qalmalıdır”
# 04 aprel 2007 11:44 (UTC +04:00)
Onun sözlərinə görə, bu, Gürcüstanın mövqeyi və marağıdır, son qərar isə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclasında verilməlidir: “Bizdə ayda bir dəfə görüşməyə çalışırıq. Komissiyaların növbəti yığıncağının aprelin sonunda Tbilisidə keçirilməsi planlaşdırılır”. G. Bejuaşvili bildirib ki, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların üzvlərinin əlində olan xəritələrə əsasən monastır kompleksinin böyük hissəsi Gürcüstan, kiçik hissəsi isə Azərbaycan ərazisindədir. Nazir qeyd edib ki, tərəflər hazırda sərhəd sahələrinin razılaşdırılması üzərində işləyir və bu məsələdə hər iki ölkə eyni fikirdədir: “Biz mübahisəli sahələrlə bağlı müzakirələri təxirə salmağı qərara almışıq. David Qareci kompleksindən əlavə, daha bir neçə bu cür ərazi var - Qırmızı körpünün yaxınlığında və digər yerlərdə. Azərbaycan tərəfi bəyan edir ki, köhnə xəritələrə əsasən bu torpaqlar Azərbaycan əraziləridir, bizdə isə başqa məlumatlar var”. Sərhəd ərazilərinin mübadiləsinin mümkünlüyü barədə suala cavab verən G. Bejuaşvili deyib ki, bu cür praktika mövcuddur və Gürcüstan üçün məqbuldur: “Biz bunu müzakirə etməyə hazırıq, amma hələlik nə bizdən, nə də həmkarlarımızdan konkret təkliflər irəli sürülüb”.
Qeyd edək ki, dünən jurnalistlərə verdiyi açıqlamasında G. Bejuaşvili David Qareci monastır kompleksini alban abidəsi adlandıran Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovu tənqid etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR