Bank Of Baku

AMİP Siyasi Şurasının növbədənkənar iclası keçiriləcək

AMİP Siyasi Şurasının növbədənkənar iclası keçiriləcək
# 12 aprel 2007 13:13 (UTC +04:00)
Sabah Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbədənkənar iclası keçiriləcək. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verilən məlumata görə, iclasda partiyanın qərargah probleminin həll olunması ilə bağlı müzakirələr aparılacaq. Hazırda AMİP-in normal fəaliyyət göstərmək üçün qərargahının olmadığını bildirən A. Rüstəmov məsələylə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciətin edilməsinə baxmayaraq, problemin həll edilmədiyini bildirib. İclasda bununla bağlı AMİP-in atacağı növbəti addımlar, məhkəməyə ediləcək müraciətin mətni müzakirə ediləcək. Bundan əlavə iclasda ölkədəki ictimai-siyasi vəziyyət və mətbuatın problemlərinə diqqət yetiriləcək. A. Rüstəmov bildirib ki, partiya Güney Azərbaycandakı proseslərlə bağlı İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiyaları davam etdirmək niyyətindədir. Siyasi Şurada aksiyanın tələbləri və vaxtı müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR