Bank Of Baku

Xankəndinin keçmiş sakinlərinin qeydiyyatının bərpa olunması ilə bağlı iş başlayıb

Xankəndinin keçmiş sakinlərinin qeydiyyatının bərpa olunması ilə bağlı iş başlayıb
# 12 aprel 2007 13:20 (UTC +04:00)
Vaxtilə Xankəndi şəhərində qeydiyyatda olub sonradan digər rayonların ərazisində daimi qeydiyyata düşmüş Azərbaycan vətəndaşlarının qeydiyyatının yenidən Xankəndiyə bərpa olunması ilə bağlı iş başlayıb. Bu barədə APA-ya 122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Allahverdi Doluxanov məlumat verib. Onun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş seçici sayı ilə təmin olunması üçün xankəndlilərin yenidən öz rayonlarına qeydiyyata düşməsi vacibdir. Bununla bağlı ayrı-ayrı rayonların icra hakimiyyətlərinə müraciət olunub və 1988-ci ildən bəri qeydiyyata alınmış Xankəndi sakinlərinin siyahısı istənilib: “Artıq bir sıra rayonlardan bu siyahılar bizə verilib və biz həmin sakinlərlə danışıqlar apardıqdan sonra onlar öz qeydiyyatlarını dəyişiblər. Prezident seçkilərinə qədər biz seçicilərin sayının hazırkı siyahıdan ən azı iki dəfə artırmağı düşünürük”. A. Doluxanov bu məqsədlə DSK üzvlərinin mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər etdiyini və müvafiq dövlət qurumlarının vasitəsi ilə məsələnin həllinə çalışdıqlarını bildirib. O, seçicilərin sayının artacağı halda dairə ərazisindəki məntəqələrin də sayının artacağını vurğulayıb. Qeyd edək ki, hazırda 122 saylı Xankəndi DSK-da 4218 seçici var. Ötən il isə onların sayı 3284 olmuşdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR