Bank Of Baku

Cənubi Qafqazdakı Rusiyalı Soydaşlar Təşkilatının regional konfransı başlayıb

Cənubi Qafqazdakı Rusiyalı Soydaşlar Təşkilatının regional konfransı başlayıb
# 12 aprel 2007 13:27 (UTC +04:00)
Bakıda Cənubi Qafqazdakı Rusiyalı Soydaşlar Təşkilatının regional konfransı başlayıb. APA-nın xəbərinə görə, konfransda Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandakı rus icmalarının nümayəndələri iştirak edir. Rusiya XİN-in Xaricdəki Soydaşlarla İş Departamentinin rəhbəri Aleksandr Çepurin bildirib ki, tədbirdə məqsəd rusiyalı soydaşların inteqrasiyası, onlar arasında mədəni əlaqələrin təmin olunması, rus dilində təhsil məsələsi və digər məsələlərin müzakirəsidir. Konfransın gedişində Milli Məclisinin deputatı Mixail Zabelinə Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrə görə birinci dərəcəli Böyük Pyotr ordeni təqdim edilib. Toplantıda Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov da nitq söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR