Bank Of Baku

Azərbaycan Ziyalı Hərəkatının vahid güc mərkəzi yaratmaqla bağlı müraciətinə bir neçə təşkilat müsbət cavab verib

Azərbaycan Ziyalı Hərəkatının vahid güc mərkəzi yaratmaqla bağlı müraciətinə bir neçə təşkilat müsbət cavab verib
# 12 aprel 2007 13:56 (UTC +04:00)
Azərbaycan Ziyalı Hərəkatının (AZH) vahid güc mərkəzi yaratmaqla bağlı ictimai-siyasi təşkilatlara ünvanladığı müraciətə bir neçə təşkilat müsbət cavab verib. Bu barədə APA-ya hərəkatın sədri Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, Qarabağ Azadlıq Təşkilatı, Milli Demokrat, İslam, Ümid partiyaları, Ehtiyatda Olan Zabitlər Birliyi bu prosesdə iştirak edəcək. Azərbaycan Yolu Siyasi Hərəkatının rəhbərliyi gözləmə mövqeyində olduğunu və qərarını proseslərin gedişindən asılı olaraq verəcəyini deyib. “Azadlıq” blokunun liderləri isə seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması tələbi ön sırada olacağı halda bu ittifaqa qoşula biləcəklərini söyləyiblər. E. Quliyev bildirib ki, yaxın 10 gün müddətində digər partiyaların və ictimai təşkilatların da cavabı gələcək. Bundan sonra müraciətə müsbət cavab verən təşkilatlarla birlikdə müzakirələr aparılacaq. E. Quliyev ümumilikdə 40 təşkilata anoloji müraciətin təqdim olunduğunu qeyd edib. O, yeni yaranacaq güc mərkəzinin Demokratik Mərkəz adlandırılması təklifi ilə çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR