Bank Of Baku

Müsavat başqanı AŞ PA-nın sessiyasında iştiraka tərəddüd edir

Müsavat başqanı AŞ PA-nın sessiyasında iştiraka tərəddüd edir
# 12 aprel 2007 14:30 (UTC +04:00)
“Avropa Şurası Parlament Assambleyasının iclasında iştirak etmək məsələsində tərəddüd edirəm, ola bilsin ki, Strasburqa getməyim”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. İ. Qəmbər sessiyanın iclası ərəfəsindəki situasiyanın onlar üçün əlverişli olmadığını bildirib: “AŞ PA-nın sessiyası aprelin 16-da başlayacaq. Sessiyanın ilk günündə Azərbaycanla bağlı məsələ, məruzə müzakirə ediləcək. Azərbaycandan dəvət olunan şəxslərin həmin iclasda iştirak edib fikir bildirmələri nəzərdə tutulmur. Yalnız aprelin 17-də AŞ PA rəhbərliyi, həmməruzəçilər, fraksiyalarla görüşlər keçiriləcək. Bu zaman isə Azərbaycanla bağlı məsələlər bitmiş olacaq və görüşün heç bir əhəmiyyəti olmayacaq”. Müsavat başqanı İ. Qəmbər Azərbaycandan ictimai-siyasi təşkilat rəhbərlərinin sessiyaya dəvət olunduğunu və razılaşma əsasında onların vahid sənədlə çıxış edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR