Bank Of Baku

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər aprelin sonunda yekunlaşdırılacaq

Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər aprelin sonunda yekunlaşdırılacaq
# 12 aprel 2007 14:55 (UTC +04:00)
Əbülfəz Elçibəyin qəbirüstü abidəsi üzərində aparılan işlər aprelin sonunda yekunlaşdırılacaq. Əhaliyə Vətəndaş Xidməti Trestinin baş mühəndisi Feyruz Əsgərov APA-ya bildirib ki, Ə. Elçibəyin abidəsinin hazır olunmasında yaranan gecikmə emalatxanada aparılan işlərlə bağlıdırr. O, emalatxanada daş işlərinin mərhələ-mərhələ hazırlandığını deyib: “Ümumilikdə qəbirüstü abidə hazırdır. Amma daş döşəmələrlə bağlı bəzi işləri görülməlidir. İşi elə qurmuşuq ki, abidənin açılışı gününə qədər ehtiyat vaxt qalsın. Ailə üzvləri üçün əlavə və dəyişikliklər etməyə də vaxt saxlayırıq. Çünki sonradan əlavə və dəyişiklər edilməsi halları olur. Abidənin açılış gününə qədər bütün işlər tam yekunlaşdırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR