Bank Of Baku

AMİP Hadi Musəvinin İrana təhvil verilməsini pisləyib

AMİP Hadi Musəvinin İrana təhvil verilməsini pisləyib
# 12 aprel 2007 15:05 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəallarından olan Hadi Musəvinin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq İrana təhvil verilməsi ilə bağlı bu gün bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda İran hakimiyyətinin repressiyalarına görə Azərbaycanda sığınacaq tapmış Hadi Musəvinin İrana təhvil verilməsinin yolverilməz olduğu bildirilir. AMİP İran hakimiyyətinin Güney Azərbaycanda başlanan milli-azadlıq hərəkatına qarşı divan tutduğu bir məqamda Azərbaycanda siyasi mühacir həyatı yaşayanlar üçün normal şərait yaradılmasını vacib sayır: “Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir və hər bir soydaşımızın bu dövlətdə təhlükəsiz yaşamaq, fəaliyyət göstərmək hüquqları tanınmalıdır”. AMİP Hadi Musəvinin İrana təhvil verilməsini beynəlxalq konvensiyalara zidd olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR