Bank Of Baku

Moskva başqa ölkələrdə yaşayan rusların Rusiyaya köçünə kömək edəcək

Moskva başqa ölkələrdə yaşayan rusların Rusiyaya köçünə kömək edəcək
# 12 aprel 2007 15:25 (UTC +04:00)
Rusiya başqa ölkələrdə, o cümlədən Azərbaycanda yaşayan soydaşlarının könüllü köçünə kömək edə bilər. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Miqrasiya Xidmətinin nümayəndəsi Yevgeni Manyatkin deyib. O bildirib ki, köçürülmə Rusiya Federasiyasının müvafiq dövlət proqramına uyğun həyata keçiriləcək. Y. Manyatkinin sözlərinə görə, artıq proqramın ikinci mərhələsinə keçilib, lazımi hüquqi-normativ sənədlər paketi hazırlanır, köçkünləri qəbul edəcək Rusiya regionları ilə müvafiq proqramlar razılaşdırılır: “May-iyun aylarında biz bu proqramlar əsasında Rusiyaya köçmək istəyən soydaşlarımızın müraciətlərini qəbul etməyə başlayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR