Bank Of Baku

Tələt Paşa Hərəkatı Parisdə erməni yalanlarının ifşasına həsr olunmuş konfrans və yürüş keçirəcək

Tələt Paşa Hərəkatı Parisdə erməni yalanlarının ifşasına həsr olunmuş konfrans və yürüş keçirəcək
# 13 aprel 2007 09:39 (UTC +04:00)
Parisdə erməni yalanlarının ifşasına həsr olunmuş konfrans və kütləvi aksiya keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Türkiyə İşçi Partiyası və Tələt Paşa Hərəkatı bu gün Parisdə Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cəza tətbiqi nəzərdə tutan qərarına və ermənilərin törətdikləri tarixi cinayətlərə etiraz əlaməti olaraq konfrans və mitinq təşkil edəcək. Bu məqsədlə Avropa və Türkiyədən gələn türk və Azərbaycan icmalarının nümayəndələrinin Fransa paytaxtına toplaşması nəzərdə tutulur. Konfrans Parisdəki “Eurosites Plaine Saint Denis” mərkəzində keçiriləcək. Fransada prezident seçkilərinin başa çatmasından sonra isə Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Rauf Denktaşın sədrlik etdiyi Tələt Paşa Hərəkatı Parisin mərkəzində Bastiliya istiqamətində yürüş təşkil etməyi planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR