Bank Of Baku

Sülhəddin Əkbər: “Rəsul Quliyev prezident seçkilərində iştirak etmək istəyirsə, Azərbaycana qayıtmalıdır”

Sülhəddin Əkbər: “Rəsul Quliyev prezident seçkilərində iştirak etmək istəyirsə, Azərbaycana qayıtmalıdır”
# 13 aprel 2007 10:21 (UTC +04:00)
“Rəsul Quliyev həqiqətən də 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyirsə, birinci növbədə Azərbaycana qayıtmalıdır. Əks halda, seçkilərdə real iştirak mümkün olmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər deyib. R. Quliyevin növbəti prezident seçkilərində iştirak edəcəyi ilə bağlı bəyanatına münasibət bildirən S. Əkbər deyib ki, Azərbaycanda olmadan ciddi seçki kampaniyası aparmaq mümkün deyil. Prezident seçkilərində Müsavat Partiyasının Rəsul Quliyevlə hər hansı əməkdaşlığının olub-olmayacağına gəldikdə, Məclis sədri hesab edir ki, indiki məqamda bu barədə müzakirələr aparmaq tezdir: “Mənə elə gəlir ki, hazırkı mərhələdə bütün demokratik qüvvələr və seçkilərdə namizəd olacaq şəxslər ölkədə demokratik mühitin yaradılması istiqamətində birgə səy göstərməlidirlər. Çünki ədalətli seçki olmadan ciddi nailiyyət qazanmaq mümkün deyil. Yalnız buna nail olduqdan sonra 2008-ci il seçkiləri ərəfəsində namizədlər və müttəfiqliklə bağlı danışıqlar aparmaq olar. İndiki məqamda bu məsələni önə keçirmək o qədər də faydalı deyil”.
Qeyd edək ki, 2003-cü ildə keçirilən prezident seçkilərində R. Quliyev Müsavat başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR