Bank Of Baku

Millət vəkili Elmira Axundova: “Dəvət etsələr belə, bundan sonra AŞPA-dakı nümayəndə heyətinin tərkibində qalmaram”

Millət vəkili Elmira Axundova: “Dəvət etsələr belə, bundan sonra AŞPA-dakı nümayəndə heyətinin tərkibində qalmaram”
# 13 aprel 2007 10:31 (UTC +04:00)
Millət vəkili Elmira Axundova Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin tərkibindən çıxarılmasına münasibət bildirib. APA-nın məlumatına görə, jurnalistlərlə söhbətində E. Axundova baş verənlərdən təəssüfləndiyini deyib: “Nümayəndə heyətindən öz razılığımla çıxarılsam da, məsələ bitmədən bu haqda mətbuata açıqlama verilməsi lazım deyildi. Bu, yaxşı hadisə deyil və mənə çox pis təsir edib. Bundan sonra bu nümayəndə heyətinin tərkibində işləmək istəmirəm. Hətta təklif etsələr belə, orda qalmayacağam”. Millət vəkili Milli Məclisin digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətində təmsil olunmaq üçün spiker Oqtay Əsədova müraciət edəcəyini söyləyib: “Səməd Seyidova isə öz etirazımı bildirəcəyəm”. E. Axundova bu hadisənin millət vəkili Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğvinin əleyhinə çıxış etməsi və YAP sədrinin keçmiş müavini Sirus Təbrizlinin onun kitabının təqdimat mərasimində etdiyi çıxışla heç bir əlaqəsi olmadığını da vurğulayıb: “Mənə qarşı heç bir təzyiq yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR