Bank Of Baku

ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin qurultayının Müsavat Partiyasının qərargahında keçirilməsi gözlənilir

ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin qurultayının Müsavat Partiyasının qərargahında keçirilməsi gözlənilir
# 13 aprel 2007 10:36 (UTC +04:00)
ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin qurultayı Müsavat Partiyasının qərargahında keçiriləcək. Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib. Qurultayın sabah saat 11.00-da başlaması nəzərdə tutulub. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Akif Şahbazov, üzvləri Yaqub Abbasov və Aydın Quliyev isə hələlik tədbirin yeri ilə bağlı son qərarın verilmədiyini, bunu günün sonunda müəyyənləşdirəcəklərini bildiriblər. Y. Abbasovun sözlərinə görə, qurultaya partiyanın 59 rayon təşkilatından 450 nümayəndə seçilib. Qurultayda partiya sədrinin, Məclis sədrinin və MNTK-nın hesabatlarının dinlənilməsi, Nizamnaməyə dəyişikliklər edilməsi və təşkilati məsələlərin müzakirəsi nəzərdə tutulub. Qurultayda partiya sədrliyinə, Ali Məclisinə və MNTK-ya seçkilər keçiriləcək. Y. Abbasov partiyanın sədrliyinə namizədliyini irəli sürməkdə iddialı olduğunu bildirib: “Amma namizədliyimi irəli sürməyə də bilərəm. Bu, daha çox qurultayın gedişindən asılı olacaq. Qurultayda mənim bəzi sürpriz açıqlamalarım da ola bilər”. R. Quliyevin sədrliyə namizəd olub-olmayacağına gəldikdə, Y. Abbasov onun hələlik belə bir fikir bildirmədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR