Bank Of Baku

“Xəzəryanı regionda iqtisadi-siyasi vəziyyət - İran İslam Respublikası” mövzusunda dəyirmi masa keçirilib

“Xəzəryanı regionda iqtisadi-siyasi vəziyyət - İran İslam Respublikası” mövzusunda dəyirmi masa keçirilib
# 13 aprel 2007 10:38 (UTC +04:00)
“Xəzər - Gələcək Naminə Tərəfdaşlıq” İctimai Birliyi bu gün “Xəzəryanı regionda iqtisadi-siyasi vəziyyət - İran İslam Respublikası” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, təşkilatın sədri Rustəm Məmmədov Xəzəryanı regionun dünyada öz geostrateji mövqeyinə görə mühüm yer tutduğunu bildirib. Onun fikrincə, Xəzər dənizində böyük neft ehtiyatlarının kəşfi, yanacaq-enerji resurslarının işlənilməsinə dair yeni layihələrin hazırlanması və bu ehtiyatların dünya bazarına çıxarılması üçün yeni marşrutlar regionun çəkisini daha da artırıb. Natiq həmçinin son vaxtlar regionun sabitliyini poza biləcək yeni təhlükənin meydana çıxdığını da qeyd edib. ABŞ-la İran arasında yaranmış qarşıdurmanı Xəzəryanı dövlətlərə öz mənfi təsirini göstərdiyini deyən R. Məmmədov hesab edir ki, Azərbaycanın xarici siyasətində İranla əlaqələrin sabitləşdirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi mühüm yer tutmalıdır: “Lakin İranın xarici siyasətindəki bəzi məqamlar müəyyən problemlər doğurur”. Tədbirdə iştirak edən digər şəxslər də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR