Bank Of Baku

Livanın xarici işlər naziri ölkədəki erməni diasporasının heç bir siyasi təsirə malik olmadığını bildirib

Livanın xarici işlər naziri ölkədəki erməni diasporasının heç bir siyasi təsirə malik olmadığını bildirib
# 13 aprel 2007 11:37 (UTC +04:00)
Livana səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Fauzi Sallux ilə görüşüb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri, səfirliklərin qarşılıqlı əsasda təsis edilməsi və maraq kəsb edən digər məsələlər müzakirə olunub. Livanın xarici işlər naziri İsrailin təcavüzü zamanı göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib. E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına ətraflı məlumat verib və münaqişənin sülh yolu ilə həlli üçün dost ölkələrin mövqeyinin vacib olduğunu söyləyib. F. Sallux da öz növbəsində Livandakı erməni diasporasının heç bir siyasi təsirə malik olmadığını diqqətə çatdırıb. O, ölkəsinin bu problemin beynəlxalq hüququn prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Görüş zamanı beynəlxalq və regional müstəvidə cərəyan edən proseslər ətrafında da fikir mübadiləsi aparılıb. Həmin gün nazir Livan parlamentinin üzvü Valid Combulat ilə də görüşüb. Tərəflər müxtəlif ikitərəfli məsələlərə dair fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR