Bank Of Baku

İsa Qəmbər, Lalə Şövkət və Əli Kərimli Strasburqa getməyəcəklər

İsa Qəmbər, Lalə Şövkət və Əli Kərimli Strasburqa getməyəcəklər
# 13 aprel 2007 13:23 (UTC +04:00)
İsa Qəmbər və Lalə Şövkət Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında iştirakdan imtina edib. APA-nın məlumatına görə, görüşə dəvətli olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə ümumvətəndaş pasportu ala bilmədiyindən iclasda iştirak edə bilməyəcək. Dəvətlilərdən yalnız Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Strasburqa gedəcək. E. Namazov bildirib ki, AŞPA-da siyasi müxalifəti o təmsil edəcək. Hüquq müdafiəçilərindən isə Azərbaycanla bağlı müzakirələrə Novella Cəfəroğlu, Səidə Qocamanlı, Çingiz Qənizadə, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Eldar Zeynalov, Rəna və Murad Saddədinovalar qatılacaq. Nümayəndə heyəti Strasburqa sabah yola düşəcək.
Qeyd edək ki, Ə. Kərimliyə ümumvətəndaş pasportu verilməməsi ilə bağlı bu gün AXCP bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olun bəyanatda 1 ilə yaxındır ki, partiya sədrinin pasportla təmin olunmadığı, bu səbəbdən Ə. Kərimlinin xaricə səfərlərə gedə bilmədiyi bildirilir. Partiya beynəlxalq təşkilatları bu məsələyə münasibət bildirməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR