Bank Of Baku

Siyasətçi və hüquq müdafiəçilərindən ibarət Azərbaycan nümayəndə heyəti AŞPA-da bir neçə məsələ qaldıracaq

Siyasətçi və hüquq müdafiəçilərindən ibarət Azərbaycan nümayəndə heyəti AŞPA-da bir neçə məsələ qaldıracaq
# 13 aprel 2007 13:29 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 16-da başlayacaq sessiyasında iştirak etmək üçün Strasburqa dəvət olunmuş Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və hüquq müdafiəçiləri bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, E. Namazov bildirib ki, sessiyanın ilk günündə Azərbaycanla bağlı hesabat dinləniləcək və hesabat ətrafında müzakirələr aparılacaq. Hesabatın ümumilikdə obyektiv olduğunu deyən E. Namazov sənədə bir neçə əlavənin edilməsi barədə təklif irəli sürəcəklərini qeyd edib. Bunlar, əsasən, sabiq səhiyyə naziri Əli İnsanovla bağlı məhkəmə prosesi, millət vəkili Hüseyn Abdullayevin həbsi ilə bağlı məsələlərdir. E. Namazov sessiyanın sonrakı günlərində AŞ prezidenti, Monitorinq, Siyasi, Dağlıq Qarabağ komitələrində görüşlər keçirəcəklərinin bildirib. Nümayəndə heyətinin, həmçinin, Venesiya Komissiyası ilə görüş keçirməsi, Seçki Məcəlləsi ilə bağlı müzakirələr aparması nəzərdə tutulub. Mətbuat konfransında iştirak edən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov Naxçıvanda aclıq aksiyası keçirən polkovnik-leytenant Rasim Muradovla bağlı hazırladığı müraciəti nümayəndə heyətinə təqdim edib və hərbçinin pozulmuş hüquqları ilə bağlı məsələnin qaldırılmasını xahiş edib. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə mətbuata olan təzyiqlər, “Yeni Fikir” Gənclər Hərəkatı ilə bağlı məhkəmə hökmü haqqında iclasda məsələ qaldırmaq niyyətində olduqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR