Bank Of Baku

AŞPA-nın baş katibi: “Azərbaycandan heç bir müxalifət partiyası və QHT rəhbərinə dəvət göndərməmişik”

AŞPA-nın baş katibi: “Azərbaycandan heç bir müxalifət partiyası və QHT rəhbərinə dəvət göndərməmişik”
# 13 aprel 2007 13:38 (UTC +04:00)
“AŞPA Katibliyi olaraq Azərbaycandan heç bir müxalifət partiyası və qeyri-hökumət təşkilatının rəhbərinə qurumun yaz sessiyasında iştirak üçün dəvət göndərməmişik”. APA-nın Avropa Şurası Parlament Assableyasında (AŞPA) akkreditə olunmuş müxbirinin məlumatına görə, bu sözləri Strasburqda jurnalistlərlə görüş zamanı AŞPA-nın baş katibi Mateo Sorinas söyləyib. AŞPA-nın yaz sessiyasında Azərbaycanın müxalifət liderləri və QHT nümayəndələrinin iştirakı ilə bağlı məsələyə aydınlıq gətirən M. Sorinas qurumun yaz sessiyasında iştirak etmək üçün yalnız Azərbaycan nümayəndə heyətinin rəhbərinə rəsmi məktub göndərdiklərini bildirib: “Müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının iştirakına gəlincə, bu dəvəti onlara fərdi qaydada istənilən deputat göndərə bilər. Daxili qaydalara görə, hər bir parlamentari hansısa şəxsi və ya şəxsləri plenar sessiyaya dəvət etmək hüququna malikdir. Lakin bu zaman dəvət edilmiş şəxslər Avropa Şurasında müəyyən görüşlər keçirirsə, bu görüşləri onları dəvət edən deputatlar təşkil edir və məsuliyyət də onların üzərinə düşür. Avropa Şurası həmin şəxslərə rəsmi dəvət göndərmədiyi üçün bu məsələdə hər hansı məsuliyyət daşımır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR